Nigeriyanın Borno şəhəri “Boko Haram” terror təşkilatını hücumuna məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, terrorçular paytaxtdan 50 km uzaqlıqda Maquremi şəhərində də atəş açıb, bir neçə binanı yandırıblar. Şahidlər şəhərdə çoxlu sayda cəsədin olduğunu vurğulayıblar.
Qeyd edək ki, Kamerun, Niger və ÇAD “Boko Haram” terror təşkilatına qarşı hərbi əməliyyatlar aparır.
Son xəbərlər
Son Xəbərlər