Nigeriyada “Boko Haram” silahlılarının hücumu nəticəsində 11 nəfər ölüb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, terrorçular nəzarət-keçid məntəqəsinə basqın ediblər. Silahlılar hərbçilərə məxsus nəqliyyat vasitələrini ələ keçiriblər.
Qeyd edək ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular daha çox Niger, Kamerun və Çad ərazilərində partlayışlar törədirlər.
Son xəbərlər
Son Xəbərlər