“Boko Haram”a ağır zərbə - 5 gündə 287 terrorçu məhv edildi

boko-harama-agir-zerbe
Oxunma sayı: 1000

Niqeriya ordusu Çad gölü yaxınlığında “Boko Haram” terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, 2018-ci il dekabrın 28-də başlayan və beş gün davam edən əməliyyatda 287 terrorçu məhv edilib.

Əməliyyat zamanı hökumət qüvvələri itki verməyib.

Qeyd edək ki, “Boko Haram” radikal qruplaşması Nigeriyanın şimal-şərqində və şimalında fəaliyyət göstərir. Təşkilatın hücumları nəticəsində minlərlə insan öldürülüb.