“Boko Haram”ın hücumunda 60 nəfər ölüb

boko-haramin-hucumunda-60-nefer-olub
Oxunma sayı: 754

Nigeriyada “Boko Haram” terror təşkilatının Rann qəsəbəsinə etdiyi hücum zamanı ölənlərin sayı ilə bağlı rəsmi açıqlama verilib.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, 28 yanvarda baş verən hadisə zamanı 60 nəfərin öldüyü açıqlanıb.

Məlumata görə, hücumdan bir gün öncə Nigeriya ordusunun əsgərləri xidməti yerlərini tərk ediblər və bundan istifadə edən terrorçular qəsəbədə qətliam törədiblər.

Qeyd edək ki, “Boko Haram”ın 2009-cu ildən həyata keçirdiyi terror aktları nəticəsində 20 mindən çox insan ölüb.