“Boko Haram”ın lideri öldürüldü

boko-haramin-lideri-olduruldu
Oxunma sayı: 2493

“Boko Haram”ın lideri Əbubəkr Şekau öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Nigerian” məlumat yayıb. Bildirilir ki, Nigeriya xüsusi xidmət orqanları tərəfindən islamçıların son 72 saatda dinlənilən danışıqları Şekaunun mayın 19-da öldüyünü göstərir. Onun “Qərbi Afrikada İslam dövləti” (ISWAP) cinayət qruplaşmasının üzvləri ilə atışmada öldürüldüyü məlum olub.

Məlumata görə,Şekau kiçik dəstəsi ilə Sambis meşəsində mühasirəyə düşüb və o təslim olmaqdan imtina edib.