Boks üzrə dünya çempionatı başlayır

boks-uzre-dunya-cempionati-baslayir
Oxunma sayı: 647

Azərbaycan Boks Federasiyasından ANS PRESS-ə verilən son məlumata görə, turnirdə 127 ölkənin 685 təmsilçisi qələbə uğrunda mübarizə aparacaq.

Rumıniya Boks Federasiyası AİBA tərəfindən diskvalifikasiya olunsa da, Beynəlxalq Boks Federasiyası bu ölkənin təmsilçilərinin Bakıdakı iştirakına icazə verib.

Son anda Madaqaskar komandası yarışa gəlməkdən imtina edib. Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan yarışda Konqo Demokratik Respublikası, Keniya, Uqanda, Kuba, Meksika, ABŞ, Çin, Hindistan, Tacikistan, Özbəkistan, Belarus, Bolqarıstan, Gürcüstan, Almaniya, Macarıstan, İrlandiya, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Avstraliya tam tərkibli heyətlə (10 boksçu) çıxış edəcəklər.

Qeyd edək ki, milli komandamızda Soltan Migitinov London Olimpiadasına lisenziya qazandığından, dünya çempionatında 75 kq çəki dərəcəsində təmsilçimiz olmayacaq.