Oksana erotikaya dəvət alıb

oksana-erotikaya-devet-alib-
Oxunma sayı: 650

Oksana bundan sonra kliplərə yalnız qonorar müqabilində çəkiləcəyini də söyləyib: "Pulsuz heç kimin klipində çəkilmək niyyətində deyiləm".

Bununla yanaşı, Oksana kliplərində pulsuz çəkilə biləcəyi iki nəfərin olduğunu da söyləyib. Bunlar rəqqasənin sevgilisi repçi Elşad Xose və xalq artisti Faiq Ağayevdir.

Oksana bildirib ki, heç bir halda erotik səhnəyə çəkilməyə razılıq verməz. Hətta ona belə təklif edilib: "Belə təklif almışdım və onu qəti şəkildə rədd etdim. Yenə təklif gələrsə, yenə də rədd edəcəyəm. Nə rejissora hörmətim, nə qonorarın məbləği məni buna məcbur edə bilməz".