Boksçularımız ¼ finalda

bokscularimiz-finalda
Oxunma sayı: 987


“Qafqazinfo” xəbər verir ki,  Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 5 idmançımız 1/4 finala vəsiqə əldə edib.

 Belə ki, daha iki boksçumuz döyüşlərini qələbə ilə başa vurub. 91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev türkiyəli Məhəmməd Aydın üzərində qələbə qazanıb – 3:0.

 Superağır çəki dərəcəsində yarışan Məhəmmədəli Tahirov da Türkiyə boksçusunu yarışdan kənarlaşdırıb. Həmyerlimiz Eren Uzunu çətinlik çəkmədən məğlub edib – 3:0.

 Bu gün keçiriləcək 1/4 final mərhələsində idmançılarımızın rəqibləri:

 49 kq: Rüfət Hüseynov – Niko Hernandez (ABŞ)

64 kq: Cavid Quliyev – Vinçenzo Areççia (İtaliya)

91 kq: Şükran Mehdiyev – Toni Filpi (Xorvatiya)

52 kq: Məsud Yusifzadə - Daniel Asenov (Bolqarıstan)

91+kq: Məhəmmədəli Tahirov – Marat Kerimxanov (Rusiya)