Boksçularımız finalda - - Yenilənib

bokscularimiz-finalda-
Oxunma sayı: 2865


“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın rinqə çıxacaq 4 idmançısından 3-ü finala adlamağa çalışacaqsa, biri qızıl medala yiyələnmək üçün döyüşəcək. 

91 kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov da yarımfinal görüşünə çıxmalı idi. Lakin zədə səbəbindən o bu qarşılaşmanı buraxacaq. 

52 kq çəki dərəcəsində Elvin Məmişzadə almaniyalı Touba Hamzanı məğlub edib həlledici oyuna vəsiqə qazanmağa çalışacaq. Qarşılaşma 13:30-da baş tutacaq. 

64 kq-da Sotomayor Kollazo ukraynalı Viktor Petrovdan güclü olub finala adlamaq üçün rinqə çıxacaq. Görüş 14:15-da başlayacaq. 

81 kq-da Teymur Məmmədov Avropa Oyunlarında boks yarışlarında ölkəmiz ilk qızıl medalı qazandırmağa çalışacaq. O, bunun üçün 19:45-dən etibarən başlayacaq döyüşdə italiyalı Menfredonia Valentinonu üstələməyə çalışacaq. 

Bu gün rinqə çıxacaq yeganə qadın idmançımız Yana Alekseevna 12:30-da finala çıxmaq üçün rusiyalı Saveleva Elena ilə üz-üzə gələcək.

***

Günün ilk qarşılaşmasında Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova (51-54 kq) yarımfinal mərhələsində rusiyalı Yelena Savelyevaya 0:3 hesabı ilə məğlub olaraq bürünc medalla kifayətlənməli olub.

***

Boksçumuz Elvin Məmişzadə yarımfinalda almaniyalı Hamza Tubaya 3:0 hesabı ilə qalib gələrək finala çıxıb. O, finalda italiyalı Viçenzo Rikardi ilə qarşılaşcaq. Həlledici görüş sabah 18:45-də baş tutacaq.

***

Sotomayor Kollazo ukraynalı Viktor Petrovu 3:0 məğlub edərək finala çıxıb.

Elsevər