Boksçularımız Macarıstandakı turniri iki medalla başa vurdu - Fotolar

bokscularimiz-macaristandaki-turniri-iki-medalla-basa-vurdu
Oxunma sayı: 2462

Azərbaycan boksçuları Macarıstanın Eqer şəhərində gənclər arasında keçirilən beynəlxalq turniri 2 medalla başa vurublar.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Belə ki, Abbasqulu Şadlinski (71 kq) qızıl, Tağı Nəsibov (60 kq) isə gümüş medal qazanıb.