Boksçumuz 1/4 finalda uduzdu

Boksçumuz 1/4 finalda uduzdu
Oxunma sayı: 835

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışlarında 1/4 final mərhələsi start götürüb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan yığmasının mübarizəni davam etdirən dörd boksçusundan ilk olaraq Rüfət Hüseynov rinqə çıxıb.

49 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz italiyalı Federiko Serra ilə qarşılaşıb. "Uruçye Arena”dakı görüş italiyalının qələbəsi ilə nəticələnib.

Sabah daha üç boksçumuz 1/4 final görüşünə çıxacaq. Cavid Çələbiyev 60 kq, Lorenso Sotomayor 69 kq, Alfonso Dominqes 81 kq çəki dərəcəsində yarımfinala vəsiqə üçün mübarizə aparacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi