Boksçumuz Avropa Oyunlarında 1/4 finala yüksəldi

bokscumuz-avropa-oyunlarinda-14-finala-yukseldi
Oxunma sayı: 1997

Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarında ikinci döyüşünü keçirib.

"Qafqazinfo" xəbər verir ki, ilk görüşündə Kevin Şumannı (Almaniya) mübarizədən kənarlaşdıran idmançı 1/8 finalda Nikita Niystedi (Finlandiya) sınağa çəkib. Qarşılaşma Allahverdiyevin qələbəsi ilə başa çatıb.

Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (30:27, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.

O, 1/4 final döyüşünə iyunun 28-də çıxacaq.