Boksçumuz DÇ-də mübarizəni dayandırdı

bokscumuz-dc-de-mubarizeni-dayandirdi
Oxunma sayı: 1028

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü - Ümid Rüstəmov (57 kq) rinqə çıxıb.

Otuz ikidəbir final çərçivəsində kubalı Osvel Kaballero Qarsia ilə üz-üzə gələn boksçumuz məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, noyabrın 6-da başa çatacaq dünya çempionatında Azərbaycan komandasının heyətində 9 boksçu mübarizə aparır.