Boksçumuz erməni rəqibini məğlub etdi

bokscumuz-ermeni-reqibini-meglub-etdi
Oxunma sayı: 1695

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir. 

“Qafqazinfo” xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin üzvü Əli Zamanov ilk döyüşünü keçirib.

52 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz 1/16 final mərhələsi çərçivəsində ermənistanlı Ruben Qarboyanla üz-üzə gəlib. Zamanov rəqibini 3:0 (28:28, 29:27, 29:27, 29:27, 28:28) hesabı ilə məğlub edib. O, 1/8 finalda ilk mərhələdən azad olan tailandlı Tanakon Aonyaemlə qarşılaşacaq. Bu görüş aprelin 15-də baş tutacaq.

Qeyd edək ki, yığmamız 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.