Boksçumuz finalda - Erməni ilə qarşılaşa bilər

bokscumuz-finalda
Oxunma sayı: 1587

Azərbaycan boksçusu Alfonso Dominqes “Minsk 2019” II Avropa Oyunlarında finala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda italiyalı Fiori Simoneyə 4:1 hesabı ilə qalib gəlib.

Dominqes finalda Gor Nersesyan (Ermənistan) - Benjamin Uittaker (Böyük Britaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, bir qədər əvvəl digər boksçu Lorenzo Sotomayor (69 kq) yarımfinalda uduzaraq bürünc medal qazanıb.