Boksçumuz Olimpiya oyunlarında 1/4 finala vəsiqə qazandı

bokscumuz-olimpiya-oyunlarinda-14-finala-vesiqe-qazandi
Oxunma sayı: 2322

Azərbaycanın boksçusu Alfonso Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançımız ilk görüşündə özbəkistanlı Dilşodbek Ruzmetovla qarşılaşıb.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Dominges 1/4 finala yüksəlib.