Bolduinin “Halloween”i qeyd etməsi tənqid olundu - Foto

bolduinin-halloweeni-qeyd-etmesi-tenqid-olundu
Oxunma sayı: 2588

Bir müddət əvvəl “Rast” filminin çəkilişində kinooperatorun ölümünə səbəb olan Hollivud aktyoru və prodüser Alek Bolduinin “Halloween” bayramını qeyd etməsi tənqid olunub.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən fotonu onun həyat yoldaşı Hilariya Bolduin instaqram hesabında paylaşıb. Qadın yazıb ki, Bolduinin çəkilişdə yaşadığı son faciəyə baxmayaraq, uşaqları üçün bayram təşkil etmək qərarına gəlib:

“Bu dövrdə valideynlik, yumşaq desək, çətin təcrübədir. Bu gün biz onlara bayram təşkil etdik. Kostyumları son anda hazırladıq. Bir az qarma-qarışıq oldu... amma onlar elə xoşbəxt idi ki, və bu, ana ürəyimi yumşaltdı”.

Bolduin və həyat yoldaşı, həmçinin xüsusi kostyum geyinib.

Lakin aktyorun “Halloween” bayramını qeyd etməsi izləyiciləri tərəfindən tənqid olunub. Sosial şəbəkə istifadəçiləri çəkilişdə həyatını itirən kinooperator Qalina Hatçinsin 3 yaşlı övladının anasız qaldığını qeyd edib, aktyorun bu addımını pisləyiblər.

Həmçinin oxuyun: Operatoru öldürən Bolduindən ilk - Açıqlama

Bolduin məsuliyyətə cəlb oluna bilər