“Bölgədə tam normallaşmaya inanıram” - Ərdoğan

bolgede-tam-normallasmaya-inaniram
Oxunma sayı: 1198

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra Ermənistanla münasibətlərin tam normallaşmasına inandığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə lideri Praqada keçirdiyi mətbuat konfransında deyib: 

“Ermənistanın Baş naziri Paşinyanla görüşümüz oldu. Mən ürəkdən inanıram ki, bölgəmizdə mehriban qonşuluq münasibətləri əsasında tam normallaşma məqsədimizə nail olacağıq”.