“Bölgələrdən bölgələrə” festivalı Göyçayda - Fotolar

bolgelerden-bolgelere-festivali-goycayda
Oxunma sayı: 1238

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı çərçivəsində növbəti tədbir Göyçay şəhərində təşkil olunub. 

“Qafqazinfo” xəbər verir ki, tədbirin birinci mərhələsi bayramsayağı bəzədilən şəhər mərkəzində yerli sakinlərin və qonaqların Mədəniyyət Nazirliyinin 15 regional idarəsi tərəfindən ayrı-ayrılıqda təşkil olunan sərgilərlə tanışlığı ilə başlayıb.

Bölgələrin mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri ilə yaxından tanışlıq, verilən məlumatlar böyük diqqətə və marağa səbəb olub. 

Yaradıcılıq festivalının ikinci mərhələsində isə hər bir regional idarə üzrə folklor qruplarının, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin konserti olub. Təqdim olunan musiqi nömrələri, rəqslər maraqla qarşılanıb.