“Oliqarxiya Ermənistanı necə xərcləyir?”- Məqalə

oliqarxiya-ermenistani-nece-xercleyir-meqale
Oxunma sayı: 635

Ermənistan mətbuatında dərc olunan “Oliqarxiya Ermənistanı necə xərcləyir” adlı məqalədə maraqlı məqamlara toxunulub.
“Qafqazinfo”nun “İraqir.am” saytına istinadən verdiyi xəbərə görə, məqalədə parlament seçkilərinə xərclənən milyonlardan gedir. Məqaləni bəzi ixtisarlarla təqdim edirik:

“Demək çətindir, hakimiyyət parlament seçkilərinə nə qədər xərcləyir. Söhbət əlbəttə ki, büdcə vəsaitlərindən getmir. Bu, aydın görünür, bir halda ki, dövlət qulluqçularının sosial paketlərinə, dizel yanacağı üzrə kənd sakinlərinə subsidiyalar və hökumətin qəbul etdiyi, eləcə də gələcəkdə qəbul edəcəyi bir sıra digər seçkiqabağı qərarlara konkret məbləğlər ayrılıb.

Söhbət heç bir yerdə qeydiyyatdan keçməyəcək pullardan, “Respublika Partiyası”, “Çiçəklənən Ermənistan” və “Orinaç Erkir” partiyalarından namizədlər üçün həm proporsional, həm də majoritar şəkildə paylanacaq rüşvətdən gedir. Söhbət himayə olunan və maliyyələşən güclərdən gedir. Hökumətdən olan hakim qüvvələr və ya namizəd cəmiyyətdə çaşqınlıq yaratmağa çalışdığı zaman onlar öz aralarından, eləcə də müxalifətdən müxtəlif namizədləri irəli çəkməyə çalışacaqlar.
Söhbət ondan gedir ki, kifayət qədər tez-tez asanlıqla satılan arzuolunmaz namizədlərin alınması cəhdləri başa çatacaq. Söhbət hökmən kütləvi xarakter daşıyacaq komissiya üzvlərinin alınmasından gedir. Söhbət müşahidəçilərə olunan xərclərdən gedir.
Bir sözlə, bütün “xərclər maddəsi”nə nəzər salanda aydın olur ki, hakimiyyətin parlament seçkilərinə xərclədiyi pullar on milyonlarla dollarla ölçülürlər, yüz milyonlarla da ehtimal olunandır.
Ermənistan oliqarxiyası, oliqarx-məmurlar, kriminal və məhəllə avtoritetləri təkrar istehsal üçün öz ciblərini amansızcasına boşaldacaqlar. Xüsusən də, indi səssiz və müqayisədə daha sakit canlanma üçün tapşırıq var.
Demək çətindir, seçkilərə xərclənən pullarda Qarabağ hökumətinin şəxsi nümayəndələrinin pullarının da bir hissəsi varmı, onların Ermənistanda parlament seçkilərində siyasi və biznes maraqları varmı, lakin şübhəsizdir ki, ölkənin vəzifəliləri, kriminal-oliqarxiya sinfi dövlətin strateji hədəflərinə yüz milyonlarını xərcləyə və həll prosesinə yardım edə bilərdi.
Ermənistanın vəzifəli, kriminal-oliqarxiya sinfi müxtəlif energetika, sosial, inşaat proqramları adına dövlətdən kreditlər götürürlər, hökumət hesabına topladıqları şəxsi milyonlarını isə ölkə üçün əhəmiyyətli strateji proqramlara investisiyanın qoyulması əvəzinə parlament seçkilərinə çoxluğun yaradılmasına xərcləyirlər.
Bu cür nəhəng proqramları rüşvətin alınması və verilməsinə xərclənən pulların hesabına Ermənistanda reallaşdırmaq mümkün olardı.
Bu pulların hesabına Ermənistan şəhərlərindən birini tələbə şəhərciyinə çevrimək olardı. Harada ki, Ermənistanın gənc potensialının yarana biləcəyi universitet mərkəzi olardı.

Lakin milyonların sahiblərinə bunlar lazım deyil, onlara pul və hakimiyyət lazımdır, burada, indi və daima. Sıfırlar onları hər hansı başlanğıc üçün deyil, yalnız faiz gəlirinin göstəriciləri kimi maraqlandırır. Start onları yalnız yeni, çox bahalı avtomobillərinin sürətinin təyini üçün maraqlandırır.
Bax buna görə, Ermənistanın məmurları, kriminal-oliqarx sinfi mandatların alınması üçün milyardları qoyur, lakin sürətli gəlir vəd etməyən strateji əhəmiyyətli proqramlara bir qəpik də xərcləməzlər.”


Səidə