Boliviya prezidenti istefadan sonra ilk gününü belə keçirdi - Foto

boliviya-prezidenti-istefadan-sonra-ilk-gununu-bele-kecirdi
Oxunma sayı: 6827

Hərbçilərin və polisin tələbi ilə istefa verən Boliviyanın keçmiş prezidenti Evo Morales adi vətəndaş kimi keçirdiyi ilk gününü bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, sabiq prezident Tvitter səhifəsində fotosunu paylaşaraq onu gizlədən “Cochabamba tropik birliyi”nə təşəkkürünü bildirib. Morales şəklinə “Bu, çevrilişdən sonra vəzifədən getdikdən sonra ilk gecəmdir. Mesa və Camacho polisə kömək edərək çevrilişi gerçəkləşdirdi. Lider olduğum günləri xatırladım. Məni qoryan Cochabamba tropik birliyindəki qardaşlarıma minnətdaram” yazıb.

Qeyd edək ki, Boliviyada oktyabrın 20-də prezident seçkilərinin nəticələri elan edildikdən sonra qarışıqlıq yaranmışdı. 14 il ölkəni idarə edən Morales Konstitusiyada prezidentlik dövrü ilə bağlı maddəni dəyişərək 4-cü dəfə rəhbər seçilmişdi. Bu isə etirazlara səbəb olmuşdu. Bu səbəbdən Morales istefa vermək məcburiyyətində qalmışdı.