Boliviyada 2 sabiq nazir dövlət çevrilişi ittihamı ilə saxlanıldı

boliviyada-2-sabiq-nazir-dovlet-cevrilisi-ittihami-ile-saxlanildi
Oxunma sayı: 887

Boliviyanın sabiq ədliyyə naziri Alvaro Koimbra və sabiq energetika naziri Rodriqo Qusman 2019-cu ilin noyabrında reallaşdırmaq istədikləri iddia olunan dövlət çevrilişi ilə əlaqədar istintaq çərçivəsində saxlanılıblar.

Bu barədə “Qafqazinfo” “Agencia Boliviano de Information”a istinadən xəbər verir.

Keçmiş məmurlara qarşı terrorizm, qiyama və sui-qəsdə təhrik ittihamları irəli sürülüb.

Daha əvvəl ölkə prokurorluğu üç sabiq nazirin və Evo Moralesin 2019-cu ilin noyabrında dövlət başçısı postundan istefa verməsindən sonra prezident səlahiyyətlərini icra edən Janin Anyesin saxlanılmasına dair order verib.