Boliviyada avtobusun dərəyə aşması nəticəsində 34 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.
Bu barədə “Qafqazinfo” “Unitel” telekanalına istinadən xəbər verir.
Məlumata görə, avtobus 150 metr hündürlükdən dərəyə aşıb, faciənin səbəbləri araşdırılır. Yaralanan 10 nəfərdən ikisi ağır vəziyyətdədir.
Həlak olanların doğmaları hadisə yerinə gəlməyə başlayıb.


Son xəbərlər
Son Xəbərlər