Boliviyanın Tarixa departamentində sənişin avtobusu qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “ABI” agentliyi məlumat yayıb.
Hadisə nəticəsidə avtobusda olan sərnişinlərdən 13-ü ölüb, daha 32 nəfər isə yaralanıb. Avtobus Tarixadan Koçabamba istiqamətində hərəkət edirmiş.
İlkin ehtimala görə, qəzaya avtobusun əyləcində yaranan problem səbəb olub.
Son xəbərlər
Son Xəbərlər