Boliviyada kütləvi istefalardan sonra ölkəni o idarə edəcək

boliviyada-kutlevi-istefalardan-sonra-olkeni-o-idare-edecek
Oxunma sayı: 1673

Boliviya senatının ikinci vitse-spikeri, müxalifət nümayəndəsi Janin Anyes ölkəni müvəqqəti olaraq idarə edəcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

Onun sözlərinə görə prezident Evo Moralesin, vitse-prezident Alvaro Qarsiya Lineranın, senat rəhbəri Adriana Salvatyerranın, birinci vitse-spiker Viktor Bordanın istefasından sonra ali hakimiyyət ona keçir.