Boliviyada ordu yeni hökuməti tanıdı

boliviyada-ordu-yeni-hokumeti-tanidi
Oxunma sayı: 1373

Eks-prezident Evo Moralesin istefasından sonra özünü müvəqqəti dövlət başçısı elan edən senator Janin Anyesin hakimiyyəti ordu tərəfindən tanınıb.

“Qafqazinfo” xarici mediaya isitnadən xəbər verir ki, bu barədə Baş Qərargah rəisi Uilyams Kaliman və ordu komandirlərinin yayımladıqları birgə bəyanatda deyilir.

Xatırladaq ki, Evo Morales ordu və polisin dövlət çevrilişindən sonra noyabrın 11-də istefa verib.