Boliviya polisi keçmiş Daxili işlər naziri Karlos Romeronu korrupsiya ittihamı ilə saxlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sabiq nazir xəstəxana çıxışında tutulub. Romero ifadəsi alınmaq üçün prokuroluğa aparılıb.
Xatırladaq ki, ötən il oktyabrın 20-də prezident seçkilərində qələbə qazanan Evo Morales hərbçilərin və polisin təzyiqindən sonra istefa verərək ölkəsindən qaçıb. Bundan sonra ölkədə hakimiyyət parlamentin müxalif vitse-spikeri Janin Anyesə keçib.
Son xəbərlər
Son Xəbərlər