Boliviyanın Müdafiə naziri də istefa verdi

boliviyanin-mudafie-naziri-de-istefa-verdi
Oxunma sayı: 934

Boliviyanın Müdafiə naziri Havyer Savaleta istefa verib. “Qafqazinfo”nun “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə onun özü məlumat verib.

“Bu gün, 12 noyabr 2019-cu ildə ölkənin Müdafiə naziri postundan istefa verirəm”, -deyə Savaleta bildirib.

Nazir, həmçinin, istefa verən Prezident Evo Moralesin əsgər və dənizçilərə xalqlarına qarşı silah tətbiq etmələrini heç vaxt əmr vermədiyini söyləyib:

“İndi ordu xalqa qarşı silah işlədirsə, bunun məsuliyyəti bu qərarı verənlərin üzərinə düşəcək”.