Boliviyanın müvəqqəti Prezidenti də yoluxdu

boliviyanin-muveqqeti-prezidenti-de-yoluxdu
Oxunma sayı: 1236

Boliviyanın müvəqqəti Prezidenti Janin Anyes koronavirusa yoluxub.

"Qafqazinfo" xəbər verir ki, Janin Anyes bu barədə öz tvitter hesabında açıqlama verib: "COVID-19 nəticəm müsbət çıxdı. Özümü yaxşı hiss edirəm, təcrid olunaraq işləyəcəm. Gəlin birlikdə irəliləyək".

Anyes bir çox Boliviya dövlət rəsmilərinin son zamanlarda koronavirusa yoluxduğu üçün test olunmaq qərarına gəldiyini və testin müsbət nəticələndiyini bildirib. Növbəti testə qədər 14 gün müdddətində o internet vasitəsilə məsafədən işinə davam edəcəyini qeyd edib.