“Ölkədə vətəndaş müharibəsi baş verə bilər”-Müsahibə

olkede-vetendas-muharibesi-bas-vere-biler-musahibe
Oxunma sayı: 693


- Vəfa müəllim, Rusiyada seçkilərin nəticələrinə etiraz edən siyasi qüvvələr dekabrın 10-da ilk mitinqini keçirdi. Sizcə, Rusiyadakı siyasi proseslər bundan sonra necə inkişaf edəcək?


- Mən Vaşinqtonda, Şərqşünaslıq İnstitutunda çıxış edərkən də demişdim ki, rus imperiyası parçalanacaq. Rusiya Federasiyası Sovet ittifaqından qalmış Rusiyanın bir hissəsidir. Bu imperiya rus xalqına uyğun olmadığına görə parçalanacaq. Çünki imperiya ilk növbədə öz xalqlarına zülm edir. Sovet ittifaqı dağılandan sonra rus xalqında belə bir ümid oldu ki, ölkədə demokratik proseslər gedəcək və rus xalqı insan hüquqlarına nail olacaq və daha yaxşı yaşayacaq. Amma bu, baş vermədi.

Axırıncı hadisələr isə Putinin 12 il hakimiyyətdə olması zamanı ölkədə korrupsiya və kriminallaşma artdı, zəhmətkeş insanların həyatı pisləşdi, varlılar isə daha da varlandı. Ona görə də rus xalqı bu seçkilərdə iştirak edirdi ki, dəyişikliyə nail olsun. Amma seçkilərin saxtalaşdırıldığı aşkarlandı, bu barədə bütün kanallar xəbər verdi və 150 min adam etiraz nümayişinə çıxdı. Mən inanmıram ki, indiki Rusiya iqtidarı, Putin-Medvedev iqtidarı Rusiyanın indiki vəziyyətini düzəldə bilər. Çünki xalq onlara inanmır və bunu açıq şəkildə Putinə bunu bəyan etdi. Çünki Putin özünü yenidən prezident təyin edir. Medvedevlə Putinin prezident oyunu, hakimiyyəti bir-birilərinə ötürməsi, saxlaması xalqda qəzəb oyadıb, ona görə də mən hesab edirəm ki, bu, inqilaba çevriləcəkdir. Yəni, ölkədə qarşıdurma, vətəndaş müharibəsi, vətəndaş itaətsizliyi, bunların hamısı baş verə bilər.


- Belə vəziyyətdə, sizin də qeyd etdiyiniz kimi, Putin prezidentlik iddiasındadır. Prezident küsrüsünə sahib olmaq üçün hansı vasitələrdən istifadə edəcək?

- Mən hesab edirəm ki, əgər xalqına qarşı güc işlətsə, bir müddətlik şansı var. Onda qanlı diktatora çevriləcək. İndi xalq deyir ki, o diktatordur, üstəlik şüarlarda onu pisləyən iafədlər var, “Bizim yolumuz ayrıdır” və .s hətta Putinin ünvanına təhqiramiz şüarlar da səslənir. Putin gərək seçkiləri ləğv etsin və yenidən parlamentə seçkilər keçirilsin. Bunu edə bilməyəcək, etsə, onda “Yedinaya Rosiya” partiyası xalq tərəfindən atılacaqdır, çünki bu partiyaya oğrular və fırıldaqçılar partiyası deyirlər. Onda gərək Putinlə Medvedev özü də getsin. Buna görə də onlar indidən müqavimət göstərirlər və deyirlər ki, bu, qələbədir, seçkilərdə pozuntular olub, bu da yalnız 1-2%-dir. Amma xalq artıq bu rejimə inanmır.


- Deməli, hadisələrin nəticəsindən fundamental dəyişikliklər gözləmək olar?

- Mən hesab edirəm ki, ilk növbədə Qarabağ məsələsini hərb və sülh vəziyyətində saxlayan imperiya Rusiyasıdır. İran da burada iştirak edir. Bu iki imperiyanın çökməsi, orada demokratikləşmə proseslərinin başlanması Qarabağ məsələsinin də həllinə gətirib çıxara bilər.


- Seçkilərin nəticələrnə etiraz edən və paralmentdə təmsilçilik qazanan Kommunist Partiyasının Dövlət Dumasına getməkdən imtina etməsi ehtimalı varmı?

- Rus xalqı arasında Kommunist Partiyasının çox az dəstəyi var. Ona görə də mən hesab edirəm ki, hakimiyyətə gələn qüvvələr təzə qüvvələr, cavan qüvvələr olmalıdır.


- Artıq Ədalətli Rusiya Partiyası Mironovun prezdientliyə namizədliyini irəli sürüb. Sizcə, demokratların namizədi kim ola bilər?

- Mən hesab edirəm ki, bütün bu partiyalar cib partiyasıdır. Bunların hamısı qondarma partiyalardır, Putin tərəfindən yaradılmış partiyalardır. Ona görə də nə Zuqanovun, nə Mironovun, nə də Jirinovskinin heç bir şansı yoxdur. Çünki indi xalqın hərəkatı oyanış hərəkatıdır, oyanma hərəkatıdır. Onlar açıq-aşkar hamını tanıyırlar və bilirlər. Bu vaxta qədər bütün partiyalar Putinə dəstək verirdilər, baxmayaraq ki, tənqid də edirdilər, amma dəstək də verirdilər.


Fatimə Kərimli