Bollivud ulduzu dünyasını dəyişdi

bollivud-ulduzu-dunyasini-deyisdi
Oxunma sayı: 3029

Bollivud ulduzu Qədir Xan Kanadada müalicə olunduğu klinikada dünyasını dəyişib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 81 yaşlı aktyor uzun müddətdir ağır xəstəliklə mübarizə aparırdı. 

Qədir Xan 1970-90-cı illərdə Bollivudun ən məşhur aktyoru olub. O, 300-dən çox filmə çəkilib. Qədir Xan Azərbaycan tamaşaçısına “Abdulla”, “Səsimi eşidin”, “Samrat” və başqa filmlərdən tanışdır.