“Bölmələrimiz “Qrad”dan istifadə etməyib” - MN

bolmelerimiz-qraddan-istifade-etmeyib-mn
Oxunma sayı: 4932

"Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinə qarşı “Qrad” yaylım atəşli reaktiv sistemlərdən istifadə etməsi barədə yaydığı məlumat dezinformasiyadır". 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Naziliyinin məlumatında deyilir:

"Bildiririk ki, bölmələrimiz tərəfindən bu silah növü tətbiq edilməyib. Əgər Ermənistan tərəfində bu silah növünün tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin".