Rusiyanın Sofiyada işləyən 70 diplomatı “persona non qrata” elan edilərək deportasiya olunacaq.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda dünən istefa verən Bolqarıstan hökumətinin Baş naziri Kiril Petkov açıqlama verib.
Petkov xarici maraqlar lehinə işləyən 70 rus diplomatı vətənlərinə göndərəcəklərini bildirib.
“Bu adamların çoxu başqa məlumat toplama xidmətlərində çalışarkən diplomatik zirehlərini ancaq “cəbhə” kimi istifadə etdilər. Xarici hökumətlər bizim daxili işlərimizə qarışmağa cəhd etdikdə də biz aydın mövqe nümayiş etdiririk. Bu qərar rus xalqına olan münasibətimizi nümayiş etdirmir ”, - K. Petkov əlavə edib.
Son xəbərlər
Son Xəbərlər