Bolqarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

bolqaristan-azerbaycandan-qaz-tedarukunu-artirmaq-isteyir
Oxunma sayı: 699

Bolqarıstan Azərbaycandan qaz tədarükünün həcmini artırmaq niyyətindədir.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Aleksandr Nikolov bildirib. Onun sözlərinə görə, hazırda Bolqarıstan Azərbaycanla razılaşdırılmış həcmlərin 30-35%-ni alır.

Eyni zamanda, nazir qeyd edib ki, Bakının mövqeyi tədarüklərin həcmini artırmaqdır.