Bolqarıstan parlamenti buraxıldı

bolqaristan-parlamenti-buraxildi
Oxunma sayı: 1272

Bolqarıstan Prezidenti Rumen Radev parlamentin buraxılması və iyulun 11-də seçkilərin keçirilməsi ilə bağlı fərman verib.

"Qafqazinfo" "İnterfaks"a istinadən xəbər verir ki, dövlət başçısı bu addımı 1 ay əvvəl keçirilən səsvermə nəticələrindən sonra siyasi partiyalardan heç birinin hakim koalisiyanı qura bilməməsindən sonra atıb.

İki əsas müxalifət partiyası hakim koalisiya yaratmağa cəhd belə göstərməyib. Bu səbəbdən Radev daha bir seçki təşkil etməli olub.