Bolqarıstan Prezidenti Azərbaycana gəldi

bolqaristan-prezidenti-azerbaycana-geldi
Oxunma sayı: 2448

Bolqarıstan Prezidenti Rumen Radev X Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 10-da Azərbaycana işgüzar səfərə gəlib.

"Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstan Prezidentini Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və digər rəsmi şəxslər qarşılayıblar.