Bolqarıstan prezidenti Mərkəzin üzvləri ilə görüşüb

bolqaristan-prezidenti-merkezin-uzvleri-ile-gorusub
Oxunma sayı: 753


Diasporla İş Üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə,  Bolqarıstan Prezidenti tarixdə ilk dəfə baş tutan I Avropa Oyunlarının yüksək səviyyədə təşkilini vurğulayaraq bunu Azərbaycan xalqının böyük uğuru kimi qiymətləndirib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Mərkəzin işini yüksək qiymətləndirən Rosen Plevneliyev xüsusilə bu ilin aprel ayında keçirilmiş III Qlobal Bakı Forumunun artıq dünyanın siyasi toplantılarından birinə çevrildiyini qeyd edib. Bolqarıstan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantısını Sofiyada keçirməyi təklif edib.