Bolqarıstan Prezidenti parlamenti buraxdı

bolqaristan-prezidenti-parlamenti-buraxdi
Oxunma sayı: 1229

Bolqarıstan Prezidenti Rumen Radev ölkə parlamentinin buraxılmasına dair sərəncam imzalayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Radevin Mətbuat xidməti yayıb.

Bununla yanaşı, ölkədə aprelin 2-nə parlament seçkiləri təyin edilib.

R.Radevin digər bir sərəncamı ilə yeni texniki hökumət təyin edilib və ona Qılıb Donev başçılıq edəcək.