Bolqarıstan Prezidenti parlamenti istefaya göndərir

bolqaristan-prezidenti-parlamenti-istefaya-gonderir
Oxunma sayı: 885

Bolqarıstan Prezidenti Rumen Radev növbəti həftə parlamenti buraxacağını açıqlayıb.

“Qafqazinfo”nun “Reuters”ə istinadən məlumatına görə, yeni seçkilərin 11 iyulda keçirilməsi gözlənilir.

“Gələn həftə Milli Məclisi istefaya göndərəcəm və xidmət hökuməti təyin edəcəm. Bu halda seçkilərin 11 iyulda baş tutması gözlənilir”, - deyə dövlət başçısı bildirib.