Bolqarıstan yığması Tbilisidə qəzaya düşdü, futbolçu əməliyyat edildi - Foto

bolqaristan-yigmasi-tbiliside-qezaya-dusdu-futbolcu-emeliyyat-edildi
Oxunma sayı: 1631

Bolqarıstanın futbol üzrə yığma komandası Gürcüstanda qəzaya düşüb.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, yığma komandanı Tbilisi Beynəlxalq Hava Limanından hotelə aparan iki avtobus toqquşub. 

Qəza nəticəsində futbolçu Todor Nedelev baş nahiyəsindən yaralanıb və xəstəxanaya yerləşdirilib. Futbolçu əməliyyat olunub. Bildirilir ki, əməliyyat 2 saatdan çox davam edib. 

Həkimlərin sözlərinə görə, Nedelevin tam bərpa olması üçün 3 ay tələb olunacaq. Hazırda onun vəziyyəti sabit olaraq qiymətləndirilir. 

Qeyd edək ki, iyunun 12-si Tbilisidə Millətlər Liqası çərçivəsində Gürcüstan və Bolqarıstan milli komandaları arasında matç baş tutacaq.