Bolqarıstanda qrip epidemiyası elan edildi - 1 həftədə 6 nəfər ölüb

bolqaristanda-qrip-epidemiyasi-elan-edildi
Oxunma sayı: 937

Bolqarıstanda aralarında uşaqlar da olmaqla son bir həftədə qrip virusundan ölənlərin sayı 6 nəfərə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin 12 şəhərində qriplə bağlı həyəcan təbili çalınıb, epidemiya halı aldığı elan edilib. 

Bir çox şəhərdə, ümumilikdə 1071 məktəbdə yanvarın 27-nə kimi tədris dayandırılıb. 

Yerli həkimlər qripin çox sürətlə yayıldığına, ölkədə durumun ciddi olduğuna diqqət çəkiblər. Virus immuniteti zəif olanlara – daha çox uşaq və yaşlılara təsir edir.