Bolqarıstanda zəlzələ oldu, insanlar küçələrə axışdı

bolqaristanda-zelzele-oldu-insanlar-kucelere-axisdi
Oxunma sayı: 1599

Bolqarıstanda 4,5 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, təkanlar paytaxt Sofiyadan 138 kilometr məsafədə yerləşən Plovdiv şəhərində qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

Qeyd edilir ki, Plovdiv şəhər sakinləri evlərini tərk edərək küçələrə axışıb. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.