Bolqarıstanın Baş naziri Kiyevə getdi - Video

Bolqarıstanın Baş naziri Kiyevə getdi
Oxunma sayı: 571

Bolqarıstanın Baş naziri Kiril Petkov Ukraynaya rəsmi səfərə yollanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Petkov öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, Bolqarıstan nümayəndə heyəti ilə Kiyevə yola düşür.

Xatırladaq ki, Rusiyanın “Qazprom” şirkəti aprelin 27-dən etibarən Bolqarıstana qaz nəqlini dayandırıb. Mart ayında isə Bolqarıstan hakimiyyəti Rusiya qazına görə ödənişləri rublla ödəmək niyyətində olmadıqlarını açıqlamışdı.