Bolqarıstanın Su-25 təyyarəsi qəzaya uğradı

Bolqarıstanın Su-25 təyyarəsi qəzaya uğradı
Oxunma sayı: 1135

Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi ölkənin cənub-şərqində qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bolqarıstan milli televiziyası xəbər yayıb. 

Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, insident təyyarə Yambol şəhəri yaxınlığındakı Bezmer aviabazasının aerodromuna eniş edərkən baş verib.

Aşağı hündürlük səbəbindən havadan atılan pilotun paraşütü açılmayıb. Lakin pilot sağ qalıb və vəziyyəti stabildir. Qəzadan sonra təyyarə tamamilə yanıb.

İnsidentlə əlaqədar müdafiə naziri Dimitar Stoyanov və Baş Qərargah rəisi admiral Emil Eftimov aviabazaya göndərilib.