Bolqarıstanla ikitərəfli sazişlər imzalanacaq

bolqaristanla-ikiterefli-sazisler-imzalanacaq
Oxunma sayı: 636

Bu barədə cümə axşamı Trend-ə Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinov deyib.

Səfir bildirib ki, hazırda sənədlərin layihəsi yekun razılaşdırma mərhələsindədir.

Səfər zaman Pırvanov Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə siyasi və iqtisadi, o cümlədən energetika sahələrində ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcək.

Bu, Pırvanovun Prezident qismində Azərbaycana sonuncu səfəridir. Belə ki, gələn ilin yanvarında onun vəzifə müddəti başa çatır.

Azərbaycan Dövlət Statistika Komitəsininin məlumatına əsasən, iki ölkə arasında mal dövriyyəsı 2011-ci ilin yanvar-iyulunda 230,8 milyon dollar təşkil edib.