Bolqarıstanlı futbolçu Premyer Liqamızda

bolqaristanli-futbolcu-premyer-liqamizda
Oxunma sayı: 1066

Premyer Liqa klublarımızdan biri bolqarıstanlı futbolçu ilə güclənməyə hazırlaşır.

Qafqazinfo” Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, “Levski”nin yarımmüdafiəçisi Georgi Kostadinov klubunu tərk etmək niyyətindədir. 25 yaşlı futbolçu Azərbaycandan sərfəli təklif aldığı üçüb klubundan ayrılmaq istəyir. Məlumatda Kostadinovu transfer etmək istəyən klubumuzun adı qeyd edilməyib.

Kostadinovun “Levski” ilə 1 illik müqaviləsi var və futbolçunun satılıb-satılmaması haqda son qərarı klub verəcək.