ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Yaponiyanın Baş Naziri Sindzo Abe ilə görüşəcək.
“Qafqazinfo” xəbər verir ki, dövlət rəsmisi bu haqda Tvitter hesabında məlumat verib.
“Böyük səbirsizliklə Yaponiyanın Baş Naziri Abe və onun siyasi və təhlükəsizlik işləri üzrə komandası ilə görüşü gözləyirik”, - Bolton sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, ABŞ Yaponiya ilə Koreya yarımadasının denuklearizasiyası ilə bağlı sıx əməkdaşlıq edir.
Son xəbərlər
Son Xəbərlər