Boltonun dəftərçəsində Kolumbiya qeydi - Foto

boltonun-deftercesinde-kolumbiya-qeydi
Oxunma sayı: 1538

Venesuelada yaşanan siyasi böhrandan sonra ABŞ-ın qonşu Kolumbiyaya minlərlə hərbçi göndərəcəyi iddia edilir. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu iddianı Ağ Evdə Venesuela ilə bağlı keçirilən brifinqə qatılan jurnalistlər səsləndiriblər. Onlar Donald Trampın Milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun toplantı zamanı dəftərçəsinə “Kolumbiyaya 5 000 hərbçi” sözlərini qeyd etdiyini bildiriblər. 

Vurğulanır ki, bu hadisə ABŞ-ın Venesuelaya hərbi müdaxilə edib-etməməsi barədə suallar doğurur.

***

Sözügedən məsələyə Kolumbiyanın Xarici İşlər Nazirliyindən münasibət gəlib: “Bəyan edirik ki, Kolumbiya hökuməti bu məsələnin səbəbini bilmir. Con Boltonun ölkəmizə hərbçilər göndərilməsi barədə qeydindən xəbərsizik”.

Aysel Kərimova