Bolu bələdiyyə sədri “Xocalı abidəsi”ni ziyarət etdi

bolu-belediyye-sedri-xocali-abidesini-ziyaret-etdi
Oxunma sayı: 836



“Qafqazinfo” xəbər verir ki, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə ölkəmizə səfər edən Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz, müavinləri və bələdiyyə məclis üzvlərindən ibarət nümayəndə heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. Abidə qarşısına gül qoyan Türkiyəli qonaqlara millət vəkili Qənirə Paşayeva 22 il bundan əvvəl bütün dünyanın gözü qarşısında Ermənistan tərəfindən Xocalıda törədilmiş soyqırım və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar barədə geniş bilgi verib.

Boluda millət vəkili Qənirə Paşayevanın da çıxışlar etdiyi bir neçə tədbirlər keçirildiyini deyən qonaqlar həqiqətlərin yayılmasında Azərbaycana bundan sonra daha da geniş dəstək verəcəklərini deyiblər və Xocalını Soyqırımını dünyaya yayan təşkilatları Boluya dəvət ediblər. Sonra Türkiyəli qonaqlar millət vəkilinin müşayiəti ilə Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinin həyətində yerləşdirilmiş “güllələnmiş heykəllər” kimi tanınan və Şuşada vandalizmə məruz qalmış heykəlləri ziyarət ediblər.