“Qafqazinfo” xəbər verir ki, Bolu bələdiyyə başqanı Alaadin Yılmazın başqanlığında keçirilən bələdiyyə toplantısında gündəliyə salınan bu məsələ ilə bağlı bələdiyyə məclisi qərar qəbul edilib. Millət vəkili Qənirə Paşayeva bu qərarla bağlı özünün facebook səhifəsində çox sevdiyi Boluya, onun gözəl insanlarına, bələdiyyə başqanı Alaadin Yılmaza, bələdiyyə üzvlərinə, onu Fəxri Vətəndaşlığa layiq görmələrindən dolayı təşəkkür edərək bu adı doğrultmaq üçün bundan sonra da əlindən gələni edəcəyini deyib: “Gözəl və qədim Boluya,onun gözəl insanlarına təşəkkür edirəm. Məni Fəxri Vətəndaşlığa(Fahri Hemşerilik) layiq görmələri həyatımda ən gözəl anlardan birini yaşatdı. Girəsun və Karabükdən sonra Bolunun Fəxri Vətəndaşlığını almaq mənim üçün böyük şərəfdir. Təşəkkürlər Bolu!”
Son xəbərlər
Son Xəbərlər